Nardaranda narkotik plantasiyası tapıldı
19:40 15 Noyabr 2017
Nardaranda narkotik plantasiyası aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, noyabrın 13-də Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yarım kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, xeyli sayda yaşıl kütlə halında narkotik tərkibli bitkilər aşkar edilərək məhv edilib.
Belə ki, 42-ci Polis Bölməsinin əməkdaşları daxil olan məlumat əsasında noyabrın 14-də Nardaran qəsəbəsinin Ləhiş bağlar massivində Mərdan Əliyevin yaşadığı həyətyanı sahəyə baxış keçiriblər. Bu zaman oradakı yardımçı otaqdan xüsusi kultivasiya olunmuş, ümumi çəkisi 18 kiloqrama yaxın olan 85 ədəd çətənə kolları, 285 ədəd çətənə toxumu və 450 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.
Femida.az
Oxunub: 1016
Oxşar xəbərlər
- Nardaranda 22 yaşlı qız yoxa çıxıb
- Nardaranda könüllülərin sayı artıb - Polisə silahla gəlirlər
- Nardaranda silah bitmək bilmir
- Nardaranda əməliyyat keçirildi - Evdən silah tapıldı
- Nardaranda növbəti əməliyyat - Su qusundan silah çıxdı
- Nardaranda intihar
- Nardaranda silah-sursat tapılıb
- Nardaranda növbəti əməliyyat: silah-sursat tapıldı
- Nardaranda dindarlarla görüş keçirilib
- Nardarandakı dini icma dövlət qeydiyyatına alındı