Cənubi Koreyada zəlzələ - 15 nəfər yaralanıb


02:09     16 Noyabr 2017 zelzele%201.jpg

Cənubi Koreyanın şərqində 5,4 bal gücündə zəlzələ baş verib.


Femida.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Pxoxan şəhərində yerləşib.

Zəlzələ nəticəsində 15 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 300 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Zəlzələdən sonra bir neçə təkrar təkanlar qeydə alınıb. Zəlzələ paytaxt Seulda da hiss olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 910