Xızıda 637 ədəd partlamamış hərbi sursat tapılıb


13:22     16 Noyabr 2017 829757-5.jpg

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Agentlik tərəfindən keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə gündəlik operativ məlumat yayıb.


ANAMA-dan Femida.az- verilən məlumata görə, noyabrın 15-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 637 ədəd partlamamış hərbi sursat (PHS), 196 ədəd partlamış-yanmış mərmi qalıqları və 383 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 949 500 kv.m (94.95 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 70 gün ərzində 16 576 ədəd partlamamış hərbi sursat (PHS), 8 028 ədəd partlamış-yanmış sursat qalıqları və 66 074 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 67 991 285 kv.m (6 799 ha) ərazi yoxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 772