“Qarabağ”ın oyununa 67500 bilet satılıb


19:05     16 Noyabr 2017 qarabag%20bilet1.jpg

“Qarabağ”- “Roma” oyununun bütün biletləri satılıb.


Bunu Femida.az-a “Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib. Klub rəsmisi bildirib ki, 67 500 biletin hamısı satılıb.

N.İbrahimov qeyd edib ki, rəqib “Roma” klubunun azarkeşləri üçün 500 yer ayrılıb. Klub rəsmisi, həmçinin vurğulayıb ki, azarkeşlərin stadionlara aparılması üçün xüsusi nəqliyyat vasitələrinin ayrılması nəzərdə tutulmayıb.

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si, saat 20:00-da start götürəcək. Bu görüş Cənubi Qafqazda ən çox insanın canlı baxacağı ilk oyun kimi tarixə düşəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 782