Həmsədrlərdən XİN rəhbərlərinin görüşü ilə bağlı BƏYANAT


21:01     16 Noyabr 2017 OSCE1.jpg

ATƏT-in Minsk qrupu həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) 14 və 16 noyabr tarixlərində Ermənistan və Azərbaycan xarici işlər nazirləri Edvard Nalbandyan və Elmar Məmmədyarovla ayrı-ayrılıqda baş tutan görüşləri barədə bəyanat yayıb.


Həmsədrlər xarici işlər nazirləri ilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında 16 oktyabr 2017-ci ildə Cenevrədə baş tutan görüş zamanı əldə olan razılaşmaların reallaşdırılması üzrə konkret addımları, həmçinin Cenevrədə həmsədrlər tərəfindən qaldırılan digər məsələləri müzakirə edib. Görüşlər zamanı həmsədrlər və nazirlər hazırda müzakirə səviyyəsində olan bir sıra işçi məsələləri nəzərdən keçirib.

Nazirlər 2017-cü ilin dekabrında Vyanada ATƏT-in Nazirlər Şurasının kuluarlarında birgə iclas keçirməyə dair razılıq əldə edib. Həmsədrlər bu görüş üçün təmas xəttində gərginliyin azaldılması istiqamətində konkret addımları və siyasi həll yolunu əsas məsələlərini özündə əks etdirən gündəlik hazırlayacaq. Xüsusi diqqət ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin şəxsi ofisinin fəaliyyətinin genişləndirilməsi prosesinin yekunlaşmasına yönəldiləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 536