Qobustanda çaqqallar yeniyetmə oğlana hücum etdi – FOTO


22:32     17 Noyabr 2017 10e6ae82-a52b-4e81-9003-b9a759f32b74.jpg

Qobustanda yeniyetmə oğlanı çaqqal dişləyib.



Femida.az Report-a istinadən verir ki, hadisə rayonun Cəyirli kəndində baş verib.

Kənd sakini, 2002-ci il təvəllüdlü Şirinzadə Turqay Rövşən oğlu məktəbə gedərkən qəfildən çaqqalların hücumuna məruz qalıb. Yırtıcı heyvanlar onun əlini dişləyib.

Qobustan rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilən yeniyetmənin vəziyyəti kafidir. Ona quduzluq əleyhinə vaksin vurulub.

Açar sözlər:

Oxunub: 862