“Ceyms Uorlik ermənilərin minaölçənidir” - Sahib Əliyev


18:07     05 Sentyabr 2015 sahib__aliyev__5.jpg

Deputat Sahib Əliyev ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinə etiraz edib.


Femida.az xəbər verir ki, bu barədə o, şəxsi "Facebook" hesabında etiraz bəyanatı yazıb.

“Yeni tvitlərindən bəlli olur ki, Ceyms Uorlik ermənilərin minaölçənidir. Azərbaycan ordusunun mövqelərini minatanlardan vurduğunu deyən hayların sözlərinin həqiqəti əks etdirib-etdirmədiyini tam dəqiqləşdirməyən Uorlik anındaca həmin minanın 120 mm olduğunu ölçərək bunu yolverilməz adlandırır. Bəs mövqelərinin vurulmasından şikayətlənənlərin cəbhəyanı kəndlərimizi atəş altında saxlamaları necə, yolveriləndir, mister minaölçən? Bir həfətinin içində Tərtərin Qapanlı kəndində 3, Tovuzun Əlibəylisində isə iki dinc adamı yaralayıblar. Üç yaşlı, qadın, qoca bir kişi və körpə qızcığaz öz həyətlərində gülləbarana tutulublar. Minanın ölçüsünü millimetrinədək görən gözləriniz bunu niyə görmür. Görürsə niyə susursunuz?”, - millət vəkilinin statusunda vurğulanıb.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 1562


Oxşar xəbərlər