Hafiz Hacıyev sükutu pozdu : “ Onlar kimdilər axı…”


00:35     07 Sentyabr 2015 1364464423_turgut.jpg


2015- ci il Milli Məclisə deputat seçkisi gündəmin müzakirə mövzusu olaraq qalır. Seçki ilə bağlı gündəmin sükutunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev pozdu.

Partiya sədri Femida.az-a açıqlamasında İsa Qəmbərin kiçik oğlu, NİDA Vətəndaş Hərəkatının həmtəsisçisi Turqut Qəmbərin 2015- ci il seçkilərində namizədliyini irəli sürməsi məsələsinə münasibət bildirib:



“ Mən deyim ki, onlar seçki naminə yox, müəyyən planlarını hərəkətə keçirməyə çalışırlar. Onlar axı kimdirlər ki, ciddi də hesab olunsunlar. İsa Qəmbər özü Avropa Oyunları ərəfəsində ölkədə qarışıqlıq salmağa çalışdı, baykot məsələsini gündəmə gətirdi. İndi oğlu da həmin yolu gedir.

Onlar istəyirlər ki, təbliğat-təşviqat kampaniyalarında Azərbaycanın əksinə qarşılıq yaratsınlar. Bunları da bura yönəldən qüvəllər var. Qara qüvvələr də Qərb və Avropa mənbələridir. Mən bunu onların uğuru kimi yox, aranı qatmaq məqsədi kimi qəbul edirəm. Onların şansı sıfıra bərabərdir. Məndə olan məlumata görə, sentyabrın 15-dən sonra onlar mitinqlərə start verməyə çalışır. Kərimov Əli ilə Avropa ölkələri arasında gizli danışıq gedir.

Danışıqların başında Böyük Britaniya dayanır.Onlar müəyyən pul əldə edib, aranı qatmaq istəyirlər. Qara qüvvələr bu dəqiqə 10.000 - dən artıq adamı mitinqə çıxarmağa çalışırlar. Amma onlar heç nəyə nail ola bilməyəcək.

Bəs sizin partiyanızdan kimlər namizəd olacaq?


- Bizdə hələ tam siyahı yoxdur. İki partiyanın müavini İntiqam Məmmədovla Fariz Yusifov arasında böyük dava oldu. Amma bu yöndə danışıqlar aparırıq. Mənim də məsləhətləşdiyim adamlar var. Biz dövlətçiliyimizi qoruyan adamıq. Komanda start vəziyyətindədir. Seçkilərdə şansımız böyükdür. Hardasa 6 deputat yerinə iddialıyıq. Bütün addımlarımız hesablanmış addımdır. Qara qüvvələrin qarşısına deməyə sözümüz var və sözümüzü deyəcəyik


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 6906