Ramil Usubov vətəndaşları qəbul edəcək


01:58     19 Noyabr 2017 ramil%20usubov%2002124.jpg

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2017-ci il dekabr ayının 2-də saat 10:00-da Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinlərini Sumqayıt şəhər Polis İdarəsində qəbul edəcəkdir.



Femida.az DİN-ə istinadən xəbər verir ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Açar sözlər:

Oxunub: 981