Prezidentdən nazirə sərt xəbərdarlıq
21:29 05 Sentyabr 2015
İran Prezidenti Həsən Ruhani ölkənin sənət, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadəyə xəbərdarlıq edib.
Trend-in məlumatına görə, bu barədə Prezidentin xüsusi köməkçisi Hüseyn Fridun jurnalistlərə açıqlama verib və Prezidentin nazirə xəbərdarlıq etməsi xəbərini təsdiqləyib. H.Fridun deyib ki, H.Ruhani M.Nemətzadəyə ölkə daxilində istehsal olunan avtomobilləri almağı qadağan edənləri “İran İnqilabına zidd və xain” adlandırması ilə bağlı xəbərdarlıq edib və deyib ki, bizim hərəkətlərimiz tənqidçilərlə hörmət əsasında olmalıdır.
Qeyd edək ki, İran KİV-lərinin məlumatına görə, İranın sənət, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadə bir neçə gün öncə sosial mediada ölkə daxilində istehsal olunan avtomobillərin almayın kampaniyasını aparan şəxslər haqqında bildirmişdi ki, onlar İnqilaba zidd və xain şəxslərdir.
Nazirin bu sözləri ölkə ictimaiyyətində mənfi reaksiyalara səbəb olmuşdu. Prezident Həsən Ruhaninin xəbərdarlığından sonra M.Nemətzadə televiziyada əhalidən üzr istəyib və deyib ki, avtomobil alıcılarına hörmətsizlik etmək istəməyib və heç vaxt deməyib ki, kim daxildə istehsal olunan avtomobil almasa İnqilaba ziddir.
Oxunub: 1212
Oxşar xəbərlər
- Prezidentdən yeni təyinatlar – SİYAHI
- Prezidentdən SƏRƏNCAM - Enerji mənbələri barədə
- Prezidentdən xarici kəşfiyyat xidməti ilə bağlı SƏRƏNCAM
- Prezidentdən mühüm tapşırıq - Ehtiyac meyarı qaldırıldı
- Prezidentdən daha bir sərəncam
- Prezidentdən yol tikintisi ilə bağlı - Sərəncam
- Prezidentdən media ilə bağlı xüsusi tapşırıq - Təcili toplantı keçirilir
- Prezidentdən idmanla bağlı qəbul keçirdi
- Prezidentdən daha bir SƏRƏNCAM
- Prezidentdən Mehman Əliyevin həbsinə reaksiya: Azad edilsin