Putin Soçidə Əsədlə görüşüb


13:32     21 Noyabr 2017 putin%20esed.jpg

Suriya rəhbəri Bəşşar Əsəd Rusiyaya səfər edib.


Femida.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, o, Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Qeyd edək ki, noyabrın 22-də Rusiyanın Soçi şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran Prezidenti Həsən Ruhani Suryadakı vəziyyəti müzakirə etmək üçün üçtərəfli görüş keçirəcək.

Xatırladaq ki, Vladimir Putinlə Bəşşar Əsəd sonuncu dəfə 2015-ci il oktyabrın 21-də Moskvada görüşüblər.

Femida.az

Açar sözlər:

Oxunub: 1252