Səlim Müslümovu Səttar Möhbalıyev əvəzləyib
15:29 21 Noyabr 2017
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN), Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələrindən ibarət Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.
Femida.az xəbər verir ki, iclas Komissiyaya yeni sədr seçilib. Bildirilib ki, Azərbaycan Respublikası Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın əsasnaməsinə görə görə, Komissiyada təmsil olunan Tərəflərin rəhbərləri növbə ilə və ardıcıllıqla bir il müddətinə Komissiyanın sədri seçilir. Ardıcıllığa uyğun olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev növbəti bir il üçün Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdir müavini Əbülfət Məhərrəmov isə Komissiyada nazirliyin nümayəndəsi və əlaqələndirici şəxsi seçilib.
Qeyd edək ki, indiyədək Komissiyanın sədri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov idi.
Femida.az
Oxunub: 1531
Oxşar xəbərlər
- Səlim Müslümov müharibə veteranları ilə görüşüb
- Səlim Müslümov Ağsu sakinləri ilə görüşüb
- Səlimoba kəndinə ilk dəfə təbii qaz verilib
- Səlim Müslümov önəmli görüş keçirdi
- Səlim Müslümov Malayziya səfiri ilə görüşdü
- Səlim Müslümov vəzifəli şəxsləri cəzalandırdı
- Səlim Müslümov Cenevrədə görüşlər keçirib
- Səlim Müslümov əfqanıstanlı həmkarı ilə görüşüb
- Səlim Müslümov yapon səfirlə görüşüb
- Səlim Müslümov baş direktorla görüşüb