Ermənistanda tutulan Gürcüstan vətəndaşı ekstradisiya olunacaq


17:02     21 Noyabr 2017 hebs47.jpg

Ermənistanda həbsdə olan Gürcüstan vətəndaşı Avtandil Martiaşvilinin vətəninə ekstradisiya prosesinə başlanılıb.


Femida.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyindən bildirilib.

A. Martiaşvili sağlamlıq durumunun ağır olduğundan ekstradisiya prosesinin sürətləndirilməsini xahiş edib. Onun bir ildir xəstəxanada olduğu və diabetə görə qanqrenadan əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, A. Martiaşvili 2013-cü ildə İran və Ermənistandan keçməklə, Gürcüstana külli miqdarda narkotik vasitənin avtomobillə daşınmasına görə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 727