Baş bankir manatdan danışdı


18:24     21 Noyabr 2017 elman%20sahmat3.jpg

"Profisitli tədiyyə balansı şəraitində valyuta bazarında manatın məzənnəsi sabitləşib".


Femida.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, manat ilin əvvəlindən 4%, fevral ayının sonundan isə 11,5% möhkəmlənib. E. Rüstəmov qeyd edib ki, son 9 ayda milli valyuta əlavə möhkəmlənmə təzyiqi altında olub.


Açar sözlər:

Oxunub: 2157