Olimpiya Stadionu azarkeşlərə müraciət etdi


18:39     21 Noyabr 2017 president_olimpia_stadion__180315_01.jpg

Bakı Olimpiya Stadionu UEFA Çempionlar Liqası çərçivəsində noyabrın 22-də keçiriləcək "Qarabağ" - "Çelsi" oyunu üçün stadiona gəliş-gediş sxemini təqdim edib.


Femida.az xəbər verir ki, stadion rəhbərliyi azarkeşlərdən xahiş edir ki, stadiona gələrkən E qapısında yerləşən Şərq körpüsündən və S qapısında yerləşən Cənub körpüsündən, çıxış zamanı isə Bakı Nəqliyyat Agentliyi tərəfindən təqdim olunan avtobuslara və İctimai Dayanacağa getmək üçün N qapısında yerləşən Şimal körpüsündən və "Koroğlu" m/s üçün isə S qapısında yerləşən Cənub körpüsündən istifadə etmək lazımdır.

Qeyd olunub ki, Heydər Əliyev prospektində yerləşən İctimai Dayanacaq oyuna 3 saat qalmış açıq olacaq.



Femida.az

Açar sözlər:

Oxunub: 1363