Xanım bankir məhkəmə qarşısında - 3 milyon ittihamı


18:59     21 Noyabr 2017 fereh4.png

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilənlər - "DəmirBank"ın Bayıl filialının müdiri Fərəh Rəşadətli, xəzinadar Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin məhkəməsi keçirilib.



Hakim Əfqan Hacıyevin icraatında olan prosesdə ittiham aktı elan edilib.

İttihama görə, F.Rəşadətli zərərçəkən Axundova Əzizə Tofiq qızından 1 milyon 255 min dollar alıb. Axundov Bəhruz Həsən oğlundan 800 min manat dollar , Əliyeva Pərvanədən 400 min manat dollar , Axundova Gülnür 300 min dollar, Xəliliva Sevda Rüstəm qızından 300 min dollar, Xəlilova Firəngiz 150 min dollar, Nərgiz Məmmədlidən 150 min dollar, Rüstəm Qasımovdan 100 min dolları əmanət kimi alaraq mənimsəyib.

F.Rəşadətli özünü qismən təqsirli bilib.

İttihama görə, adıçəkilən şəxslər 8 nəfərin 3 milyon manatını mənimsəyiblər. F.Rəşadətli məhkəmənin hazırlıq iclasında həbs edilib, digərləri azadlıqda qalıb.

T.Xanlarova və F.Qarayev özünü qismən təqsirli bilib. Proses dekabrın 22-də davam etdiriləcək.(Qafqazinfo)

Açar sözlər:

Oxunub: 1958