Əflatun Amaşov onlayn mediaya pul ayrılmasını təklif etdi
20:39 22 Noyabr 2017
“Təcrübə göstərir ki, xaricdən ölkəyə informasiya təhlükələri mövcuddur və onlayn media bu təhlükələrə cavab verir. Amma bizim ölkədə onlayn mediaya ayrılan vəsait azdır”.
Bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci il üzrə büdcə müzakirəsi zamanı deyib.
O qeyd edib ki, onlayn mediaya sistemli şəkildə vəsait ayrılmalıdır: “Onlayn mediaya 1 milyon manat ayrılsa, bunun bəhrəsini görəcəyik. Müharibə şəraitində olduğumuz üçün informasiya sahəsinə vəsait əhəmiyyətli dərəcədə artırılmalıdır”.
Ə. Amaşov informasiya ombudsmanının ayrıca qurum kimi fəaliyyətini zəruri hesab edərək bunu reallaşdırmağı təklif edib: “Bizdə informasiya ombusdmanı İnsan Hüquqları üzrə Müvəkkilliyinin (Ombudsman) tərkibində fəaliyyət göstərir. Səbəb olaraq deyirlər ki, ştat yoxdur. Hökumət üzvlərinin burada olmasından istifadə edərək soruşmaq istəyirəm ki, niyə ştat ayrılmır? Ombudsmanın fəaliyyəti hazırda göz önündədir. Hesab edirəm ki, bunu nəzərə alaraq informasiya ombudsmanı ayrıca fəaliyyət göstərməlidir”.
Femida.az
Oxunub: 1026
Oxşar xəbərlər
- Əflatun Amaşovdan Mariya Zaxarovaya ETİRAZ
- Əflatun Amaşova “Şöhrət” ordeni verildi
- Əflatun Amaşov Gürcüstana gedir
- Əflatun Amaşov Gürcüstan parlamentinin sədr müavini ilə görüşüb
- Əflatun Amaşov Saatlıda görüşlər keçirib
- Əflatun Amaşov Jurnalistka fakültəsində
- Əflatun Amaşov KİV-ə xəbərdarlıq etdi
- Əflatun Amaşova yeni vəzifə verilir
- Əflatun Amaşov hesabat verdi
- Əflatun Amaşov mətbuata xəbərdarlıq etdi