3 yaşlı Sonanın həyatı sizdən asılıdır


21:19     22 Noyabr 2017 9569d41c773b8fefbcc2defd6ff65bb0.jpg

3 yaşlı Sonanın yardıma ehtiyacı var.


Bu barədə onun anası, Goranboy rayon Dəliməmmədli şəhər sakini Həmidə Qasımova məlumat verib.

Ana saytımıza göndərdiyi müraciətdə bildirir ki, 2014-cü il təvəllüdlü Sona Qasımovaya anadangəlmə budların iki tərəfli çıxdığı diaqnozu qoyulub: “Sağ budun əməliyyatını bu il yanvarda birtəhər elətdirdik. Ailəmizin maddi durumunun pis olması səbəbindən sol budu əməliyyat etdirə bilmirik. Körpənin təcili cərrahiyyə əməliyyatına ehtiyacı var. Gecə-gündüz uşağın ağrı-sızısına biganə qala bilmirik, göz yaşları kömək etmir".

Ana xəstə övladına kömək göstərilməsini xahiş edir.

Kömək etmək istəyənlər 051 557 63 98 nömrəsi ilə əlaqə saxlaya bilər.



Femida.az

Açar sözlər:

Oxunub: 735