Azərbaycanda yaşayış minimumu artırılır


20:13     23 Noyabr 2017 manat1.jpg

“Gələn il üçün yaşayış minimumu bu ilin təsdiq olunmuş göstəricisindən 11% çoxdur. Göründüyü kimi, ölkənin imkanları artdıqca, ölkədə yaşayış minimumu artırılır”


Femida.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Ziyad Səmədzadə deyib.

O bildirib ki, 2018-ci il üçün yaşayış minimumunun ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 946