Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyır - BƏYANNAMƏ


21:28     24 Noyabr 2017 avropa-birliyi-bayragi45.jpg

Avropa İttifaqı bütün tərəfdaşlarının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir.


Femida.az xəbər verir ki, bu barədə Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammitinin yekun Bəyannaməsində deyilir.

Sənəddə qeyd olunur ki, sammit iştirakçıları dünyanın bir çox yerində beynəlxalq hüququn prinsiplərinin pozulmasının hələ də davam etməsi ilə bağlı dərin narahatlıqlarını ifadə edir. Sammit iştirakçıları regionda həll edilməmiş münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun sülh yolu ilə həllini təşviq edən səylərin artırılmasına çağırır.

Münaqişələrin həlli, etimadın qurulması və qonşuluq münasibətləri iqtisadi və sosial inkişaf və əməkdaşlıq üçün vacibdir.

"Sammit iştirakçıları mövcud formatlar çərçivəsində və ya formatların dəstəklənməsi ilə, həmçinin, lazım gəldikdə ərazilərdə fəaliyyət göstərməklə münaqişələrin həlli və etimadın qurulması istiqamətində səyləri və Aİ-nin güclənmiş rolunu alqışlayır", - deyə Bəyannamədə vurğulanır.

Femida.az

Açar sözlər:

Oxunub: 966