Palata tender keçirir


13:42     25 Noyabr 2017 15020986722941363693_1000x669.jpg

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) informasiya texnologiyalarının cari arxitekturasının diaqnostikası və əməliyyat modelinin təkmilləşdirilməsi üzrə məsləhət xidmətlərinin satın alınması üçün açıq tender elan edib.


Femida.az xəbər verir ki, tenderdə iştirak haqqı 450 manatdır.

İddiaçılar ilkin sənədləri dekabrın 27-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə yanvarın 11-nə qədər qurumun Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 27 ünvanındakı inzibati binasına təqdim etməlidirlər. Əlaqələndirici şəxslər Palatanın Təminat və satınalmalar sektorunun əməkdaşları – Tural Quluzadə (tel.: (012) 493 50 58, daxili 285; e-poçt: [email protected]) və Ələmqulu Quliyevdir (tel.: (012) 493 50 58, daxili 346; e-poçt: [email protected]).

Təkliflərə yanvarın 12-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. Qiymətləndirmə zamanı ödəniş şərti, işin yerinə yetirilmə müddəti kimi meyarlar nəzərə alınacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1123