Tanınmış alim II Fəxri Xiyabanda dəfn ediləcək
02:10 07 Sentyabr 2015
Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru Ağamusa Axundov dünyasını dəyişib.
Bu barədə onun ailəsi məlumat verib.
Ailəsindən bildirilənə görə, A. Axundov ötən gecə ürək tutmasından vəfat edib.
Tanınmış alim sabah saat 13.00-dən etibarən Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləcək vida mərasimindən sonra II Fəxri Xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, A. Axundov 1932-ci il fevralın 2-də Kürdəmirdə anadan olub.
O, 1967-1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin ümumi dilçilik kafedrasının professoru, fılologiya fakültəsinin dekanı olub. 1981-1999-ci illərdə Bakı Dövlət Universitetinin ümumi dilçilik kafedrasının müdiri vəzifəsində işləyib. Ondan sonra isə AMEA-nın Rəyasət Heyətinin müşaviri vəzifəsində çalışıb.
Bir çox elmi və bədii şuraların üzvü olub, çoxsaylı beynəlxalq elmi konfranslarda iştirak edib, dünyanın tanınmış universitetlərində mühazirələr oxuyub, ədəbi fəaliyyətlə məşğul olub.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, əməkdar elm xadimi kimi elmi və fəxri titulları daşıyıb.
Oxunub: 872
Oxşar xəbərlər
- Tanınmış iş adamı oğlunu güllələdi
- Tanınmış jurnalist vəfat edib
- Tanınmış hakim vəkillik fəaliyyətinə başlayıb
- Tanınmış şirkət Hacıbala Abutalıbovu məhkəməyə verdi
- Tanınmış şirkət rəhbərinin oğlu polisə hücum çəkdi - VİDEO
- Tanınmış jurnalistdən MÜRACİƏT: `Oğlum xəstədir, kömək edin`
- Tanınmış `qanuni oğru` 3,6 milyon avro ödəyərək azadlığa çıxdı
- Tanınmış həkimin evindən oğurluq edən şəxslər həbs edildi
- Tanınmış aktyorun evi qarət edildi
- Tanınmış alimlə vida mərasimi keçirilib