Gürcüstanda matəm elan olundu
00:41 26 Noyabr 2017
Noyabrın 27-si Gürcüstanda matəm günü elan olunub.
Bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin qərarında deyilir.
Həmin gün Gürcüstan hökuməti xalqla birlikdə Batumidə “Leogrand” hotelində baş vermiş yanğın nəticəsində ölənlərin xatirəsini yad edəcək. Matəm günü bütün Gürcüstan ərazisində dövlət bayraqları endiriləcək.
Qeyd edək ki, bir gün əvvəl Batumidə “Leogrand” hotelində baş vermiş yanğın nəticəsində 11 nəfər ölüb, 21 nəfər xəsarət alıb. (APA)
Oxunub: 778
Oxşar xəbərlər
- Gürcüstandan maşın gətirənlər DİQQƏT: “Prikidka” qadağan olundu
- Gürcüstanda Qarabağ şəhidi anılıb
- Gürcüstanda zəlzələ olub
- Gürcüstanda Ermənistan vətəndaşları saxlanıldı
- Gürcüstanda azərbaycanlı cinayətkar dəstə üzvləri tutulub
- Gürcüstanda yeni ombudsman seçilib
- Gürcüstandan Azərbaycana fişəng gətirmək istədi
- Gürcüstanda matəmdir
- Gürcüstanda partlayış - Ölən var
- Gürcüstanda Ermənistan vətəndaşları saxlanılıb