Ermənistan PKK terrorçularına təlim keçir


15:41     26 Noyabr 2017 big_1440566509_pkk-turkiye.jpg

Bu həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında baş vuran telefon danışığı zamanı ABŞ tərəfi PKK terror təşkilatının YPG qoluna silah verməcəklərinə dair söz verib.


Telefon danışğı zamanı Ərdoğan ABŞ-ın YPG-yə silah verməsi ilə bağlı narahatlığını Trampa çatdırıb. ABŞ prezidenti isə qəti şəkildə deyib ki, bundan sonra YPG-yə silah verilməyəcək.

Buna baxmayaraq, hələ də PKK-ya dəstək verən ölkələr var. Türkiyə KİV-lərinin məlumatına görə, 19 ölkə PKK-ya yardım edir.

PKK-ya silah verən ölkələr arasında Rusiya, Böyük Britaniya, Almaniya, İtaliya, Çin, İspaniya, İsrail kimi dövlətin adları qeyd olunub.

İddialara görə, Serbiya PKK ilə birgə Balkanlarda narkotik ticarəti həyata keçirir. Hollandiya, Belçika, İsveçrə, Yunanıstan, Fransa, Danimarka isə terror təşkilatına siyasi dəstək verir.

Suriya, İraq və Ermənistanın xüsusi xidmət orqanları isə PKK terrorçularına hərbi təlimlər keçməklə, silahlıların Türkiyə əleyhinə hazırlanmasında bilavasitə iştirak edirlər.

Ermənistanın kürd terrorçulara dəstək verməsi heç kimə sirr deyil. Bundan öncə yayılan xəbərlərə əsasən, Ermənistanın işğal etdiyi Azərbaycanın Qarabağ bölgəsində PKK düşərgələri qurulub.

Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey Ermənistanın işğal etdiyi Qarabağda 12 PKK düşərgəsi yaratdığını və həmin düşərgələrdə 1750 PKK yaraqlısı yerləşdirildiyini bildirib.

ASİMDER başqanı deyib ki, erməni gənclər işğal altındakı Azərbaycan ərazilərində hərbi xidmət keçmək və ölmək istəmirlər. Nəticədə qaçıb Avropa və Rusiyaya gedirlər. Bu səbəbdən muzdlu PKK döyüşçüləri Qarabağa yerləşdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 2608