Hitlerin çəkdiyi rəsm 75 sentə satılıb


15:54     26 Noyabr 2017 gottfried-feder.jpg

Niderland sakini təsadüf nəticəsində Adolf Hitler tərəfindən çəkilən akvareli alıb.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, "Köhnə ratuşa" adlı rəsm bazarda cəmi 75 sentə satılıb. Rəsmin yeni sahibi məhşur imzanı yalnız evinə qayıtdıqdan sonra aşkar edib.

Onun qızı bu cür spesifik sənət əsərini evdə saxlamaq istəməyib və onu hərracda satmağa cəhd göstərib, lakin bu cəhd uğursuz olub - hərrac evləri rəsmi hərraca çıxarmaqdan imtına ediblər.

Nəticədə akvarel Hərbi sənədlər institutuna verilib. Bir neçə ay davam edən araşdırmalar nəticəsində müəyyən olunub ki, rəsm həqiqətən Adolf Hitler tərəfində çəkilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1074