Azərbaycandan Türkiyəyə qadağa
02:40 06 May 2015
Türkiyə ərazisində toyuqlar arasında yüksək patogenli quş qripinin yayılması ilə əlaqədar Azərbaycanın Baş Dövlət Baytarlıq müfəttişi Sialə Rüstəmova sərəncam imzalayıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən verilən məlumata görə, sərəncamda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) rəsmi məlumatına əsasən Türkiyə ərazisində toyuqlar arasında yüksək patogenli quş qripi (H5N1) xəstəliyinin müəyyən edildiyi bildirilir. Eləcə də Azərbaycan ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədilə bu sərəncamın verilməsi diqqətə çatdırılır.
Azərbaycanın Baş Dövlət Baytarlıq müfəttişi bu sərəncamla Türkiyənin Balikəsir bölgəsində toyuqlar arasında yüksək patogenli quş qripi (H5N1) xəstəliyinin yayılmasını nəzərə alaraq, 2015-ci il may ayının 5-i tarixindən Türkiyənin Balikəsir və ona yaxın olan Kütahya, Bursa, İzmit, Bandırma, Çanaqqala, Berqama, Akhisar və Manisa bölgələrindən diri quş, quş məhsullarının, eləcə də damazlıq yumurtaların idxalının müvəqqəti dayandırılmasına göstəriş verib.
Eyni zamanda, Sərəncamda Dövlət Xidmətinin Epidemioloji nəzarət və profilaktika sektorunun müdiri K.Əsədova Türkiyədə quşlar arasında yayılmış yüksək patogenli quş qripi (H5N1) xəstəliyi ilə bağlı ölkəmizin bu xəstəlikdən qorunması üçün bütün zəruri tədbirlər görməsi tapşırılır. Həmçinin Dövlət Xidmətinin Baytarlıq nəzarəti sektorunun müdiri T.Atazadəyə bu sərəncamdan irəli gələn məsələləri həll etməsi və sərəncamı aidiyyəti dövlət qurumlarına və iş adamlarına çatdırılmasının təmin etməsinə göstəriş verilib.
Oxunub: 768
Oxşar xəbərlər
- Azərbaycandan Türkiyəyə gedən avtobus kül oldu
- Azərbaycandan pomidor və kartof ixracı artıb
- Azərbaycandan pomidor ixracı artıb
- Azərbaycandan 900 nəfər İŞİD-ə qoşulub - Mədət Quliyevdən açıqlama
- Azərbaycandan Myanmadaki qətliamla bağlı AÇIQLAMA
- Azərbaycandan Həcc ziyarətinə gedənlər vergi ödəyəcək
- Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı artıb
- Azərbaycandan Türkiyəyə gedənlərin çoxalıb
- Azərbaycandan xaricə turlar bahalaşdı
- Azərbaycandan Ermənistana xəbərdarlıq - Cavabımız sarsıdıcı olacaq