“Bizi sünni kimi, şiə kimi görmək istəyənlər var” – Gündüz İsmayılov


16:16     27 Noyabr 2017 24099542_1936302640022992_2146987677_n8.jpg

“Bizi sünni kimi, şiə kimi görmək istəyənlər var, amma biz onların qarşısına müsəlman kimi çıxacağıq”


Femida.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Din-media münasibətləri: mövcud vəziyyət və beynəlxalq təcrübə” mövzusunda seminar-treninqdə çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

G.İsmayılov çıxışında bildirib ki, din –media münasibətləri bütün dünyada aktual məsələdir. Onun sözlərinə görə, dinlə bağlı üzləşdiyimiz problemlərin həllində Azərbaycan mediasınınr rolu danılmazdır:

“Dinlə bağlı üzləşdiyimiz təhdid cəhdləri var idi ki, bunlardan sovuşmağımızda medianın çox böyük rolu oldu. Bu gün də həmin təhdid cəhdləri qalmaqdadır. Son illər müşahidə edirik ki Azərbaycanda aşura mərasimləri başqa xalqların həyat tərzinə uyğun formada keçirilməsinə cəhdlər var. Məhz bu cəhdlərin də qarşısının alınmasında azərbaycan mediası öz sözünü deyəcək. Azərbaycanda aşura mərasimlərində xürafat elementlər olsa da, siysi elementlərə heç vaxt yer verilməyib. Təəssüf ki, bəzi dairələr Aşura, İmam Hüseyn məktəbini siyasi təbliğat vasitəsi kimi istifadə etmək istəyir”.

Komitə rəsmisi bildirib ki, bu gün din pərdəsi altında Azərbaycanda dinin siyasiləşdirilməsinə cəhdləri edilir:

“Lakin unutmaq olmaz ki, din mədəniyyətdir, inancdır və heç vaxt siyasilşdirilə bilməz. Din pəərdəsi altında dünyəviliyə qarşı cəhdlər göstərilir. Bəzi qruplar anti-dünyəviliyin təbliğ edərək dünyəviliyimizə zərər vurmağa çalışırlar”.

G.İsmayılov bildirdi ki, bu gün bəzi xarici qüvvələr din pərdəsi altında ölkəmizdə həm də məzhəbçiliyi yaymağa çalışırlar:

“Bizi sünni kimi, şiə kimi görmək istəyənlər var. Lakin biz həmişə onların qarşısına müsəlman kimi çıxacağıq. Azərbaycan xalqı həmişə İslamı məzhəblərdən üstün tutub. Din pərdəsi altında qadının sosiallaşmasına qarşı çıxmaq istəyən qüvvələr var. İnanırıq ki, bütün bunlarla bağlı Azərbaycan mediası bizə öz dəstəyini nümayiş etdirəcək”.

Komitə rəsmisi xaricdən din pərdəsi altında idarə olunan konkret siyasi dairəlrin maraqlarına xidmət edən saytlardan da danışdı:

“Təəssüf ki, bəzi radikal, məzhəbçi, təriqətçi qruplar internet imkanlarından istifadə edib bu istiqamətdə işlərini qurmağa çalışırlar. Dırnaqarası dini xəbər saytı kimi fəaliyyət göstərənlərin domenləri əslində xaricdədir. Həmin saytlar bəzi siyasi dairələrin maraqlarına xidmət edir. Mümkün vasitələrlə bunlara qaşı mübarizəmizi aparırıq”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2784