Sabiq deputatın oğlu yeni vəkilindən imtina etdi
16:30 27 Noyabr 2017
Bu gün Nəsimi rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.
Femida.az-ın məlumatına görə, hakim Şəlalə Həsənovanın sədrlik etdiyi iclasda Ə. Salahzadə ötən iclasda müqavilə bağladığı vəkili Lalə Mansurovadan imtina edib.
Hazırda iclas davam edir.
Qeyd edək ki, zərərçəkmiş Elbəy Mirzəyev hər hansı şikayət və tələbinin olmadığını deyib və şikayət ərizəsini geri götürüb.
Ə. Salahzadə bir müddət əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ə. Salahzadə “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.
Femida.az
Oxunub: 940
Oxşar xəbərlər
- Sabiq vitse-prezidentə 63 il həbs cəzası verildi
- Sabiq baş nazirin oğlu evində ölü tapılıb
- Sabiq deputat vəfat etdi
- Sabiq polis rəisi: Bakı küçələrində elə adamlar dilənir ki, villaları var
- Sabiq deputatın oğlunun məhkəməsi başladı
- Sabiq polis mayoru bağ evində narkotik yetişdirirdi
- Sabiq deputat vəfat edib
- Sabiq rektorun evini qarət edən şəxslərə hökm oxundu
- Sabiq deputatın oğlu MƏHKƏMƏ QARŞISINDA
- Sabiq deputatın oğlu DİN-in Baş İdarəsini məhkəməyə verdi