Bir yumuruqla adam öldürdü - 9 il 6 ay həbs


17:37     27 Noyabr 2017 hebs%20olundu.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Fərhad Musayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.


Femida.az-ın məlumatına görə, Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il martın 26-da Xırdalan şəhərində yaşayan Rahil Məlikovun evində onun dostu Telman Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Araşdırmalarla müəyyən edilib ki, həmin gecə T.Məmmədov paytaxtın Nəsimi rayonu, Bülbül prospektində yerləşən kafenin inzibatçısı, Bakı şəhər sakini olan F.Musayevlə mübahisə edib. İnzibatçı F.Musayev aralarında baş verən münaqişə zəminində T.Məmmədovu yumruqla vurub və o, başından ağır xəsarət alıb.

T. Məmmədovun vəziyyətinin ağır olduğunu görən F.Musayev onu dostu ilə birgə Xırdalandakı evinə gətirib. Bir neçə saat ağır vəziyyətdə qalan T.Məmmədov orda dünyasını dəyişib.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində gecə klubunun inzibatçısı F.Musayevi saxlayıblar.

O, Cinayət Məcəlləsinin 126.3-cı (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1371