Türkiyədən Azərbaycana ilk qatar yola düşür


17:46     28 Noyabr 2017 qatar-reys-demiryol2.jpg

Bu gün Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə Türkiyədən Azərbaycana ilk qatar yola düşəcək.


Femida.az xəbər verir ki, Mersin əyalətindən yola düşəcək qatar 32 konteynerdən ibarətdir və 650 ton yük daşıyır.

Qatarın Bakıya 96 saat ərzində çatacağı bildirilir.

Qeyd edək ki, oktyabrın 30-da BTQ dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətləri mərasimdə iştirak ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 814