Efiopiyanın Azərbaycana Fəxri Konsulu təyin olunub


18:38     28 Noyabr 2017 XIN10.jpg

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Efiopiya Federal Demokratik Respublikasının Azərbaycana təyin olunmuş Fəxri Konsulu Ceyhun Vəkil oğlu Ələkbərovu qəbul edib.


XİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, görüş əsnasında Ceyhun Ələkbərov Fəxri Konsul təyinatı ilə əlaqədar patent sənədini səfir Pərvin Mirzəzadəyə təqdim edib.

Ceyhun Ələkbərov Fəxri Konsul kimi fəaliyyəti müddətində Efiopiya ilə Azərbaycan arasında dostluğun, mədəni və iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Səfir Pərvin Mirzəzadə xarici işlər naziri Elmar Məmmədyarovun bu ilin 8-10 noyabr tarixlərində Efiopiyada rəsmi səfərdə olduğunu və bu ölkənin rəsmi dairələri ilə məhsuldar görüşlər keçirdiyini xatırladaraq iki ölkə arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.

Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Fəxri Konsul Ceyhun Ələkbərova gələcək fəaliyyətində uğurlar arzu edib.

Femida.az

Açar sözlər:

Oxunub: 569


Oxşar xəbərlər