Avropaya getmək istəyən 3 min nəfər dənizdə batıb


00:05     29 Noyabr 2017 1505992888_miqrantlar.jpg

2017-ci ildə Avropa sahillərinə can atan azı 3033 qeyri-leqal mühacir və qaçqın Aralıq dənizində bataraq həlak olub.


Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (The International Organization for Migration, IOM) məlumat yayıb.

“İllərlə bu barədə danışmışıq və danışmağa davam edirik: bu faciəvi statistikanı qeydə almaq yetərsizdir. Biz fəaliyyətə başlamalıyıq”, - deyə təşkilatın Baş direktoru Uilyam Leysi Svinq qeyd edib.

Bununla yanaşı, 2017-ci ildə ölüm halları 2016-cı ilə nisbətən 40 faiz azalıb. Ötən il Aralıq dənizində 5 min ölüm faktı qeydə alınmışdı.

Qeyd edək ki, cari ildə Avropaya 164 min nəfərə yaxın insan gəlib ki, bu da ötən illə müqayisədə təxminən iki dəfə azdır (348 min nəfər). Ümumilikdə isə 2015-ci ildən bəri 1,5 milyon nəfərdən çox mühacir Avropa ərazisinə keçməyə nail olub.

Femida.az

Açar sözlər:

Oxunub: 663