Azay Quliyev Moskvaya gedir - Nümayəndə heyəti ilə birgə
14:30 29 Noyabr 2017
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Guliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 29-30 noyabr 2017-ci il tarixlərində Rusiya Federasiyasının İctimai Palatasının dəvəti ilə Moskva şəhərində səfərdə olacaq.
Femida.az-ın məlumatına görə, səfər çərçivəsində Şura və İctimai Palata arasında ikitərəfli əməkdaşlıq məsələləri və gələcək birgə fəaliyyət planı müzakirə ediləcək.
Nümayəndə heyətinə Azərbaycan Hüquqşünaslar Konfederasiyasını sədri və Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Hüseynli, Əmək Hüquqlarının Müdafiə Liqasının sədri və Şura üzvü Sahib Məmmədov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədr müavini və Şura üzvü Nərgiz Xələf, “Azərbaycan Rus Gənclər Assosiasiyasının” sədri Roman Boriskin, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov və Katibliyinin Beynəlxalq əlaqələr, analitik təhlil və ekspertiza bölməsinin məsləhətçisi Camal Əhmədov daxildir.
Femida.az
Oxunub: 822
Oxşar xəbərlər
- Azay Quliyevdən təklif: Səfirliklərimizin maliyyə problemi var
- Azay Quliyev `Azadlıq` qəzetinə cavab verdi
- Azay Quliyev Astanaya gedəcək
- Azay Quliyev Türkiyəyə gedir
- Azay Quliyev Berlinə gedir
- Azay Quliyev Sülh Platforması ilə bağlı çağırış etdi
- Azay Quliyev seçiciləri ilə görüşdü - FOTOLAR
- Azay Quliyev prezidentlə görüşdü
- Azay Quliyev Monteneqroda seçkiləri izləyəcək
- Azay Quliyev Makedoniyanın XİN rəhbəri ilə görüşüb