İcra başçısı müavininin qəza törətmiş oğluna hökm oxundu


15:48     29 Noyabr 2017 hokm%20ceza%20mehkeme_yeni.jpg

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmir İbadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın xəbərinə görə, məhkəmənin hökmü ilə E. İbadov 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, Elmir İbadov bu il avqustun 22-də idarə etdiyi "Range Rover" markalı avtomobillə yaşlı qadını vurub və qadın ölüb.

Femida.az

Açar sözlər:

Oxunub: 786