Azərbaycanlıların yaşadığı qəsəbə ilə bağlı qərar verildi


19:11     29 Noyabr 2017 kaxa%20kaladze.jpg

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin azərbaycanlıların sıx yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində 33 ailənin torpaq sahəsi qanuniləşdiriləcək.


Femida.az APA-ya istinadən xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze şəhər hökumətinin iclasında deyib ki, həmin ailələrin yaşadığı sahələr bu günə qədər qanuniləşdirilməyib.

O bildirib ki, qanuniləşdirmə simvolik olaraq 1 lariyə həyata keçiriləcək: "Həmin ailələri təbrik edirəm. Bu problemdən əziyyət çəkən hər kəs bizdən maksimum dəstək alacaq".

Femida.az

Açar sözlər:

Oxunub: 1011