Məsuliyyətsiz həkim daha bir ailəni uşaqsız qoydu (VİDEO)


16:48     07 Sentyabr 2015 korpeolumu.jpg


Femida.az xəbər verir ki, Bakıda həkim səhlənkarlığı üzündən daha bir körpə həyatını itirib. Bu barədə uşağın atası İlkin Kosayev məlumat verib. Onun sözlərinə görə, avqustun 29-u Suraxanı rayonu 3 saylı doğum evində uşaq dünyaya gəlib. Doğum evində uşağın dünyaya gəlməsinə yarım saat qalmış keysəriyyə əməliyyatı ilə doğulmasının vacib olduğu deyilib. Əməliyyatın qiyməti 1000 manatdır.

Atanın sözlərinə görə, həkim-ginekoloq Sevda Abdulova əməliyyat zamanı uşağın başını əzib: “Buna görə, bizi içəriyə buraxmırdılar. Səhər saat 5-də əməliyyat olub. Həkimlər bizi içəri buraxmadılar və dedilər ki, hər şey qaydasındadır. Biz etiraz edəndən sonra uşaq həkimi Tahirova Sevdanı çağırdılar. O gələndən sonra müdaxilə olundu və uşaq bir az yaxşı oldu. Ayın 31-i təcili yardımla uşağı “OMD”-yə (Elmi Tədqiqat İnistutu) apardıq. Ancaq heç bir kömək olmadı. Həkim tamahına və məsuliyyətsizliyinə görə övladımızı itirdik.

Dünən saat 9-da uşaq öldü. Bu özbaşnalıq nə vaxta kimi davam edəcək? Hər gün belə hadisələr baş verir. Hadisəylə bağlı Suraxani Rayonu 31-ci polis bölməsinə şikayət olunub. Biz günahkarların cəzalandırılmasını tələb edirik. Çünki, bu cür həkimlərin məsuliyyətsizliyi və pulgirliyinə görə, hər gün uşaq ölür. Bunlar qanun saymırlar.”

Xatırladaq ki, Femida.az-a bu mövzuda artıq 4-cü vətəndaş müraciətidir.Ümid edirik ki, aidiyyatı qurumlar məsələni daha ciddi araşdıracaq. Çünki, hər ölən bir uşaq, gələcəyin vətəndaşıdır. Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.




Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 3676