Ermənistanda prokuror rüşvət alıb


23:10     29 Noyabr 2017 rusvet_2588373771.jpg

Ermənistanda 2012-ci ildə açılan cinayət işi ilə bağlı Yerevanın Arabkir və Kanaker-Zeytin rayon prokurorluğunun keçmiş böyük prokuroru Xaçatur Baqdasaryan ittiham olunur.


Ermənistan KİV-lərinin yaydığı xəbərə görə, 2012-ci ilin iyununda əmlak özəlləşdirilməsi zamanı saxta sənəd düzəldilib və bu zaman alınan rüşvət faktı üzrə cinayət işi açılıb.

Bildirilir ki, X.Baqdasaryana bu cinayəti ört-basdır etmək üçün 9 000 dollar məbləğində rüşvət verilib. Ancaq o ötən müddət ərzində istintaq orqanlarından gizlənib və barəsində axtarış elan olunub.

Sonradan X.Baqdasaryan Ukraynada tutulub və 2017-ci il noyabrın 24-də Ermənistana gətirilib və həmin gün keçmiş böyük prokurora qarşı ittiham irəli sürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 688