Üçtərəfli görüş başlayıb - Üç nazir bir araya gəldi


14:20     30 Noyabr 2017 pakistan%20turkiye%20azerbaycan.png

Bu gün Bakıda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilir.


Femida.az
xəbər verir ki, Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Havaca Məhəmməd Asifin iştirakı ilə Azərbaycan-Türkiyə-Pakistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçirilir.

Nazirlər Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli formatda əlaqələrin genişləndirilməsini, beynəlxalq və regional məsələləri müzakirə edirlər.

Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.

Femida.az

Açar sözlər:

Oxunub: 1963