İrandan narkotik keçirmək istədi - Gömrükçülərimiz yaxaladı


18:45     30 Noyabr 2017 bagirsaq%20heroin.jpg

Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İrandan Azərbaycana piyada yolla gələn ölkə vətəndaşı idarənin sərnişin şöbəsində saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.


Femida.az DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibbi müayinə nəticəsində vətəndaşın daxili orqanında (düz bağırsağında) 2 ədəd bağlamada olmaqla, xalis çəkisi 84,483 qram narkotik vasitə - tiryək aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 629