“ASAN xidmət”də işləmək istəyənlərin nəzərinə!
20:35 30 Noyabr 2017
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Quba və Mingəçevir regional “ASAN xidmət” mərkəzlərində inzibati vəzifələrin yeddinci təsnifatlarına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün B növünə (inzibati icraçı vəzifələr) daxil olan BB vəzifə qrupu (baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçi) üzrə müsabiqənin test imtahanına Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qeydiyyat elan edilib.
Agentlikdən Femida.az-a verilən məlumata görə, imtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “şəxsi kabinet”lərini yaratmalıdır. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı 17 dekabrda keçiriləcəkdir və həmin imtahanda iştirak etmək üçün qeydiyyat 6 dekabr 2017-ci il tarixinədək davam edəcək.
Femida.az
Oxunub: 899
Oxşar xəbərlər
- “ASAN xidmət”ə 19 milyonuncu müraciət — FOTO
- “ASAN xidmət” işçilərinin peşə bayramı günü təsis edildi
- “ASAN xidmət” korrupsiyaya qarşı ən səmərəli vasitədir - Prezident
- “ASAN Akademiya - 2017”yə start verildi
- “ASAN Məktub” Masallıda - FOTOLAR
- “ASAN peşə” üzrə sənəd qəbulu başa çatdı
- “ASAN viza”nın imkanları araşdırılıb
- “ASAN peşə”yə sənəd qəbulu davam edir
- “ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başladı
- “ASAN Könüllüləri”nə sertifikatlar verilib