Gürcüstanda yeni ombudsman seçilib


21:16     30 Noyabr 2017 nino-lomjaria.jpg

Gürcüstan parlamenti Nino Lomcariyanı yeni ombudsman seçib.


Femida.az-ın məlumatına görə, N.Lomcariyanın xalq müdafiəçisi vəzifəsinə namizədliyini 96 deputat dəstəkləyib.

Onun namizədliyini parlament çoxluğu təqdim edib.

Gürcüstanın hazırkı ombudsmanı Uça Nanuşavilinin 5 illik səlahiyyət müddəti dekabrın 1-də başa çatır.

N.Lomcariya QHT sektorunda fəaliyyət göstərib. O, Gürcüstanın ikinci qadın ombudsmanı olacaq. Ölkədə ilk qadın ombudsman 2000-2003-cü illərdə Nana Devdariani olub.

Femida.az

Açar sözlər:

Oxunub: 801