Naxçıvan dialektoloji atlasının təqdimatı keçirilib


21:49     30 Noyabr 2017 14338629242196549845_1000x669.jpg

Azərbaycan Mili Elmlər Akademiyasında (AMEA) "Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası"nın təqdimatı keçirilib.


Femida.az-ın xəbərinə görə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, atlas Azərbaycan prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramına əsasən hazırlanıb. Akademik deyib ki, AMEA rəhbərliyi tərəfindən Azərbaycan ədəbi dilinin saflığının qorunması istiqamətində ciddi iş aparılır.

İ. Həbibbəyli qeyd edib ki, müstəqil Azərbaycanın dilçilik tarixi, Azərbaycan dilinin orfoepiya lüğəti və "Azərbaycan dilinin Qarabağ dialektoloji atlası"nın da hazırlanması ilə bağlı işlər görülür.

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov atlasın texniki tərtibatını ürəkaçan adlandırıb: "Atlas Azərbaycan dilinin fonetik, leksik, qrammatik normalarına uyğun yazılıb. Atlasa 250-dən çox xəritə yerləşdirilib".

Dialekt və şivələrin dilin canlı tarixi olduğunu deyən Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu vurğulayıb ki, miqrasiyaların artdığı bir dövrdə dialekt və şivələr məhvə doğru gedir.

Tədbir müzakirələrlə başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 713