Ermənilərin etirazları nəticəsiz qaldı
21:59 30 Noyabr 2017
"Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının Kiyev şəhərində keçirilən 50-ci sessiyasında qəbul edilən bəyannaməyə Ermənistan nümayəndə heyətinin etirazı nəticəsiz qalıb".
Femida.az xəbər verir ki, bunu Trend-ə sessiyada iştirak edən Milli Məclisin deputatı Əflatun Amaşov deyib.
Ə.Amaşov bildirib ki, bəyannamədə quruma üzv ölkələrin ərazi bütövlüyünün bərpa edilməsi, işğal altında olan torpaqların ərazi bütövlüyü çərçivəsində azad edilməsi ilə bağlı bənd öz əksini tapıb və bu, Ermənistanın QDİƏT-in sessiyasında iştirak edən nümayəndə heyətini razı salmayıb.
Ə.Amaşov bildirib ki, ermənilər həmin bəndin çıxarılmasını tələb ediblər, lakin əksəriyyət bu bəndin bəyannamədə əksini tapmasına razılığını bildirdi: "Ermənilər artıq görəndə ki, bu bənd bəyannamədə əksini tapacaq, iclas zalını tərk etdilər".
Deputat vurğulayıb ki, ermənilər həmin sessiyada başqa təkliflərlə də çıxış ediblər, lakin onların irəli sürdüyü heç bir təklif qəbul edilməyib: "Təşkilatın tarixində ilk dəfə belə bir bəyannamə qəbul olundu və bu, Azərbaycan üçün kifayət qədər əhəmiyyətli bəyannamədir. Ümumiyyətlə Dağlıq Qarabağ məsələsinin həllində bu sayaq bəyannamələr hüquqi baza xarakteri daşıyır. Azərbaycan nümayəndə heyəti sessiyada kifayət qədər aktiv iştirak etdi və bu bəyannamənin qəbul edilməsi Azərbaycanın uğurudur".
Oxunub: 695
Oxşar xəbərlər
- Ermənilərin törətdiyi terrordan 26 il ötür
- Ermənilərin cəmi 9 faizi Sarkisyana inanır - VİDEO
- Ermənilərin yaraladığı 13 yaşlı uşağa görə cinayət işi açılıb
- Ermənilərin yaraladığı qadının vəziyyəti kafidir
- Ermənilərin təklifi rədd edildi - ATƏT-dən Azərbaycana dəstək (VİDEO)
- Ermənilərin yaraladığı qadın Horadiz Xəstəxanasına köçürüldü
- Ermənilərin qətlə yetirdiyi 2 yaşlı Zəhra - FOTOLAR (18+)
- Ermənilərin kəşfiyyat dəstəsini bu şəxs məhv edib
- Ermənilərin törətdiyi yanğın evlərə çatır - Ağdam təhlükədə
- Ermənilərin atəş nöqtəsi məhv edildi - Düşmənin itkiləri var (VİDEO)