Müsəlmanların sığınacağı “əxlaqsız” Avropa


19:39     07 Sentyabr 2015 uiuy0.jpg

Bizim çoxdan cəngəlliklərdən çıxmağımıza baxmayaraq cəmiyyət hələ də cəngəllik qanunları ilə idarə edilir. Darvinin təbii seçmə, güclü sağ qalır qanunu bizim mədəni cəngəlliyimizdə də yaşayır. Bizim mədəni cəngəlliyimizlə, heyvanların cəngəliyi arasında əsas fərq ondan ibarətdir ki, bizim cəngəllikdə ağıllı, savadlı olan klan, cəmiyyət və ya dövlət qalib gəlir, cahil, geridə qalmış, savadsız klan, cəmiyyət və ya dövlət məğlub olur. Böyüklüyün, təbii resursların çox olmasının heç bir əhəmiyyəti yoxdur. Əhəmiyyəti olan tək şey düzgün yanaşma, düzgün qiymətləndirmədir. Əgər cəmiyyət nəyisə düzgün qiymətləndirə bilirsə deməli həmin cəmiyyət güclüdür.


Bildiyimiz ki, uzun zamandır ki, müsəlmanlar Qərblə, xüsusilə də Xristianlar və özlərindən milyon dəfə az olan yəhudilərlə mübarizədə daima məğlub olur. Bu məğlubiyyət sənayə inqilabından sonra adi bir hala çevrildi. Məhz müsəlmanlar xristianlar qarşısındakı məğlubiyyətlərin əsas səbəbi ətraflarında baş verənləri kifayət qədər qiymətləndirə bilməmələridir. Nəyisə qiymətləndirmək üçün mütləq həmin mövzuya tənqidi yanaşıb, həmin mövzu ilə əlaqədar suallar verməyi bacarmalısan. Əks təqdirdə heç nə əldə olunmayacaq. Təbii ki, müsəlmanlar da hər hansı bir mövzunu öyrənmək üçün həmin mövzuya müəyyən suallar verirlər. Daha doğrusu verməyə çalışırlar. Lakin onlar hər hansı məsələ ilə əlaqəli verdikləri sualları çox gülməli və qeyri adekvat olur. Belə suallara bir misal çəkmək istəyirəm. Bildiyimiz kimi, Suriyada müharibə gedir və bu müharibə minlərlə insanın canını alıb və ən azı milyondan çox insanı evsiz-eşiksiz qoyub. Suriya müharibəsində müsəlmanlar daima özlərinin yetişdirdikləri, baş kəsməklə “qəhramanlıqlarını” bütün dünyaya bəyan edən gənclərini görməməzlikdən gəlir, lakin bu gənclərə silah sataraq pul qazanan Qərbə lənət yağdırırlar. Heç bir müsəlman burada sual vermir ki, bu başı boş gəncləri yetişdirəndirmi günahkar, yoxsa onların cahilliyindən istifadə edib pul qazananmı? Təbii ki, cahillərdən istifadə edib milyonların canı bahasına pul qazanmaq etik deyil, ancaq gəlin unutmayaq ki, o baş kəsən “qəhraman müsəlman” gəncliyi olmasa Qərb satdığı o silahlar heç bir işə yaramaz.

Bundan əlavə, Suriya vətəndaşları öz evlərini tərk edərək yaşamaq üçün yenə də, özləri də daxil olmaqla, bütün müsəlmanların söydükləri, müsəlmanların təbirincə desək, arvadları “fahişə, yanıq”, kişiləri “biqeyrət” olan Avropaya üz tuturlar. Hər il dəniz yolu ilə Avropaya keçmək istəyən yüzlərlə müsəlman dənizdə bataraq ölür. Sağ çıxanların hamısını Avropada heç də xoş güzəran gözlərmir. (Onların nələr çəkdiklərini görmək üçün məhşur Amerikan yazıçısı Apton Sinklerin “Cəngəllik” kitabını oxumağı məsləhət görürəm. Bilməyənlər üçün deyim ki, bu kitab Amerikada qanunun dəyişməsinə səbəb olub). Hətta bəxti gətirənlər belə orada həyatlarında bir dəfə də olsa rasizmlə qarşılaşdıqlarını bilirik. Hətta artıq bir avropa dövləti müsəlmanları qəbul etməyəcəyini söylədi. Ancaq bütün bunlara baxmayaraq müsəlmanlar yenə, onların təbirlərincə desək, “geylərin” ölkəsinə gedirlər. Nəinki gedirlər həmin ölkələrdə yaşamaq üçün yalvarırlar, özlərini qatarların altına atırlar.

BÜTÜN BUNLARI GÖRƏN MÜSƏLMANLAR İSƏ DEYİRLƏR Kİ, AVROPA NİYƏ MÜSƏLMAN QAÇQINLARI QƏBUL ETMİR?

Bu sual çox gülməlidir. Həqiqətən bu sualı eşidərkən müsəlman cəmiyyətində doğulan bir insan olaraq əzab çəkirəm, utanıram. Çünki sual elə olmamalıdır. Sual belə olmalıdı: Özünü super güc elən edən İran İslam Respublikası bu insanlara niyə kömək etmir? Nəyə görə bu insanlar İran İslam Repsublikasına üz tutmurlar, ancaq iqtisadi kriz yaşayan, yeməyə ərzaqları belə olmayan Yunanıstana üz tuturlar. Axı niyə müsəlman dinin şiə təriqətinə məxsus olan biri suriyalı özünü Şiələrin vətəni, dünyanın super gücü, Amerika və İsrailin qənimi elan etmiş İran İslam Respublikasında rahat hiss etmir, ancaq iqtisadi kriz yaşayan Yunanıstanda rahat hiss edir? Niyə körfəz ərəb dövlətləri bu insanlara əl tutumurlar. Niyə öz polislərini “Lombargini”də gəzdirən BƏƏ-likləri dili dilindən, dini dinindən olan bu insanları BƏƏ-liyinə aparıb saxlamır. Ərəb şeyxlərinin və zəngin iranlıların həyat tərzini dəfələrlə mətbuatdan izləmişik, oxumuşuq. Evlərində şir, pələng saxlayan, bəzən də həmin vəhşi şirin belinə minib utanmadan şəkil çəkdirən bu insanlar niyə bu yazıqlara yardım etmir. O, pələngə, şirə və ya “lombarginiyə” xərclədikləri pullarla nə qədər müsəlmanı saxlamaq olardı. Heç bir müsəlman soruşmaz: Niyə müsəlmanlar darda qalanda Allahın evi sayılan Məkkəyə yox, şiələrin lideri olan Xomneyinin idarə etdi İran, Məşədə yox, Roma papasının hökranlığını sürdüyü Avropaya üz tuturlar?

İslamdan iki qadın bir kişiyə bərabər tutulur, bir qadının məhkəmədə şahidliyi sayılmır. Çünki İslama görə qadınların başı kişilərin başı kimi yaxşı işləmir. Ancaq heç bir müsəlman soruşmaz ki, dünyada 50-dən çox müsəlman dövləti var və bu dövlətlərin demək olar ki, hamısına kişilər başçılıq edir. Ancaq bu dövlətlərin vətəndaşlarının heç birisi cavan vaxtı çəkdirdiyi çılpaq şəkilləri internetdə gəzən, müsəlman standartına görə əxlaqsız sayılan QADIN Anqela Merkelin ölkəsindəki insanlar qədər xoşbəxt deyillər. Nəyə görəsə 50 kişinin idarə etdiyi dövlətlərin müsəlman bəndələri İslama görə yarım insan sayılan bir qadının idarə etdiyi dövlətin vətəndaşı olmaq üçün ölümü belə gözə alırlar? Bu həftə bir körpənin şəkili bütün dünyanı lərzəyə saldı. Suriya vətəndaşı olan üç yaşlı Aylan Kurdinin şəkili bütün xristian dövlətlərinin media qrumlarında ön səhifələrə qoyuldu. Avropa dövlətlərinin insanları sosyal şəbəklərdə mübahisələr etdilər ki, Avropa dövlətləri niyə bu insanlara biganə qalır. Bəli, müsəlmanlarda sosyal şəbəkələrdə mübahisələr etdilər.

“Dedilər ki, Avropa onları müsəlman olduğu üçün qəbul etmir. Ar olsun Avropaya”

Hətta o məsum körpənin ölümündə İslamfobiyanı günahkar görən müsəlmanlarda oldu. Ancaq heç bir müsəlman sual vermədi ki, niyə İranın yarım rəsmi xəbər agentliyi Aylan Krudinin ölümünə münasibət bildirmədi. Bilməyənlər üçün deyim ki, baxmayaraq ki, Suriya ilə düşmən dövlətdir ancaq İsrailin demək olar ki, bütün xəbər agentlikləri bu məsələ münasibət bildirdilər, özü də yaxşı mənada. Xeyr biz müsəlmanlar bunları soruşmuruq. Heç bunları soruşmaq bizə lazımda deyil. Onsuzda cavabını bilirik: Hər şeyin günahkarı Qərbdi. Hətta müsəlman ölkəsində küçədə maşının əzdiyi pişiyin də günahkarı Qərbdi. Axı onları maşın istehsal etməsəydilər bu pişik də əzilməzdi.

Açar sözlər:

Oxunub: 1773