Milli Məclis toplaşır - Bu gün iclas keçiriləcək


13:16     01 Dekabr 2017 milli%20meclis1.jpg

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.


Femida.az xəbər verir ki, ilk öncə iclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə olunacaq. Müzakirələrdən sonra 2018-ci ilin dövlət büdcəsinin təsdiq edilməsi gözlənilir.

Daha sonra iclasda "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2018-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasının 2018-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasının 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri, Milli Məclisin 2018-ci il üçün xərclər smetası, Hesablama Palatasının 2018-ci il üçün xərclər smetası, o cümlədən bir sıra qanunlara və məcəllələrə əlavə və dəyişikliklər müzakirəyə çıxarılacaq.

Ümumilikdə Milli Məclisin bu gün keçirilən iclasında 31 məsələ müzakirə ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 893