Azərbaycanlıların yaşadığı qəsəbədə xüsusi əməliyyat - Gürcüstanda


15:38     01 Dekabr 2017 ponicala-emeliyyat2.png

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə azərbaycanlıların sıx yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirib.

Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, əməliyyat nəticəsində bir nəfər saxlanılıb.

1985-ci il təvəllüdlü şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir. İstintaqla müəyyən olunub ki, həmin şəxs sistematik olaraq narkotik vasitə satıb. Ondan maddi sübut kimi 2 bağlama heroin müsadirə olunub.

DİN faktla bağlı istintaq aparır.

Femida.az

Açar sözlər:

Oxunub: 684