Ermənistan ordusunda biabırçılıq - Hərbçilər döyüldü


19:52     01 Dekabr 2017 Ara1497878272_1510646167234234_1510647312.jpg

İşğalçı Ermənistan ordusunda qarşılıqlı münasibətlərin pozulması zəminində baş verən cinayət hadisələri zamanı iki hərbi qulluqçu xəsarət alaraq hərbi tibb məntəqəsinə yerləşdirilib.


Femida.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, tank əleyhinə batareyanın kiçik çavuşu Aşot Gevorkyan ilə bölüyün əsgəri Armen Markaryan arasında baş vermiş insident nəticəsində ikinci gözündən xəsarət alıb.

Müqavilə əsasında xidmət edən Rafael Manukyan isə əslən ermənistanlı olduğuna görə Qarabağdan hərbi xidmətə çağırılmış əsgərlər tərəfindən döyülüb.

Xəsarət alan R.Manukyan Xankəndi şəhərindəki hərbi hospitala yerləşdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 659