Avropa İttifaqının nümayəndəsi Bakıya gəlir


23:57     01 Dekabr 2017 604325.jpg

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar dekabrın 4-5-də Bakıya səfər edəcək.


Femida.az xəbər verir ki, bu barədə Trend-ə Avropa İttifaqının Bakı ofisindən məlumat verilib.

Məlumata görə, səfər çərçivəsində ölkə rəsmiləri ilə görüşlər keçiriləcək.

Qeyd edək ki, T.Klaar noyabrın 13-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunub.

Bu vəzifəyə təyin olunmamışdan öncə T.Klaar Aİ-nin Gürcüstanda müşahidəçilər missiyasının rəhbəri postunu tutub.

Xatırladaq ki, bundan öncə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber olub.

Femida.az

Açar sözlər:

Oxunub: 825