Komitə dini icmalara pul ayırdı
23:45 01 Dekabr 2017
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) layihələri maliyyələşdirilən dini icma sədrlərinin iştirakı ilə tədbir keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Femida.az-a bildiriblər ki, tədbirdə Komitə sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı dövlətimiz tərəfindən milli-mənəvi, dini dəyərlərimizə göstərilən yüksək qayğıdan danışıb. Bildirib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, dəyərlərimizin qorunub saxlanılması, eləcə də təbliği və təşviqi istiqamətində əməli tədbirlər həyata keçirilir. Səyyad Salahlı son illər Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun təşəbbüsü ilə milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində görülən işlərdən bəhs edib.
Düzgün dini maarifləndirmənin əhəmiyyəti və nəticələri barədə də danışan sədrin birinci müavini dini icmaların bu istiqamətdə birgə səylərini artırmasının vacibliyini qeyd edib. Vurğulanıb ki, dünyaya örnək olan Azərbaycanın tolerantlıq modeli, həmrəylik nümunəsi təbliğ edilməli və bu istiqamətdə tədbirlər gücləndirilməlidir.
Layihələri maliyyələşdirilən Saatlı rayonu Qazanbatan kənd məscidi dini icması “İslam həmrəyliyi sülhə və əmin-amanlığa çağırışdır”, Bərdə rayonu Lənbəran kəndi “Hacı Həmid” məscidi dini icması “İslam həmrəyliyi: ortaq dəyərlər əsasında”, Biləsuvar rayonu İsmətli kənd “Əbülfəzl” məscidi dini icması “İslam həmrəyliyi – sülhə aparan yol”, Kürdəmir şəhəri “İmam Rza” məscidi dini icması “İslam həmrəylik və birliyə çağırış dinidir”, Qax şəhər məscidi dini icması “Mədəniyyət və din”, Astara rayonu Şahağacı kənd məscidi dini icması “İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoq”, Quba rayonu Xucbala kənd məscidi dini icması “İslam sülh və tolerantlıq dinidir”, Şəki rayonu Baş Zəyzid kənd məscidi dini icması “Dini radikalizm İslam həmrəyliyinə və tolerantlıq prinsiplərinə ziddir” mövzularında layihələri həyata keçirəcəklər.
Qax şəhər məscidi dini icması sədri Hacı Əsgərov tədbirdə çıxış edərək dini sahəyə göstərdiyi diqqət və qayğıya, həmçinin dini icmalara ayrılan vəsaitə görə dövlətimizin başçısı İlham Əliyevə dindarlar adından təşəkkürünü bildirib.
Femida.az
Oxunub: 828
Oxşar xəbərlər
- Komitə sədrindən şəhid məzarlığı məsələsinə MÜNASİBƏT
- Komitə iclasında iki məsələ müzakirə olunub
- Komitə türk rejissorun görüntülərini yaydı - VİDEO
- Komitə qalmaqallı elçiliklə bağlı məlumat yaydı
- Komitə sakinlərə sənəd verib – `KÜTLƏVİ ÇIXARIŞ`
- Komitə sədri görüş keçirəcək
- Komitə sədri almaniyalı həmkarları ilə fikir mübadiləsi aparıb
- Komitədən yağ monopoliyası ittihamına REAKSİYA
- Komitələr dövlət büdcəsini müzakirə edəcək
- Komitə sədri yaponiyalı səfirlə görüşüb