Bakıda silah-sursat tapılıb


16:49     02 Dekabr 2017 silah%20sursat17.jpg

Bakıda silah-sursat tapılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin ərazisində sellofan torbada nömrəsi silinmiş “Mauzer” markalı tapança, 3 ədəd “F-1” və 1 ədəd “RQD” markalı qumbara tapılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 652